Ağcabədi Rayon Polis şöbəsinin təşkilatçılığı ilə məktəblərdə narkomaniyanın fəsadlarından bəhs edən tədbir keçirilib.
Ağcabədi Rayon Polis şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı və 12 saylı tam orta məktəblərində narkomaniyanın fəsadlarından bəhs edən tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumun, rayon icra hakimiyyətinin, qeyri-hökumət təşkilatının nümayəndələri, sözügedən məktəblərin şagird və müəllim kollektivi iştirak edib.
Çıxış edənlər narkomaniya və dini ekstremizmin dünyanı ən çox narahat edən problemlərdən olduğundan söz açıb, tədris müəssisələrində maarifləndirici görüşlərin davamlı olaraq təşkil olunmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, bu tədbirlərin əsas məqsədi neqativ halların qarşısının alınması üçün birgə fəaliyyət göstərmək, yeniyetmə-gənclərimizi sağlam həyat tərzi mühitində tərbiyə etməkdən ibarətdir.
Yekunda şagirdlərə narkomaniya və dini ekstremizmdən uzaq olmaları ilə bağlı tövsiyələr verilib, onların sualları cavablandırılıb.