Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon Pedaqoji Kollecində “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

26 oktyabr 2026 | 18:08

26 oktyabr 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi Rayon Pedaqoji Kollecində “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlar və gənclər arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov və Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Hafiz Hüseynov çıxış ediblər.

Çıxışlarda narkomanlığın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrdən istifadənin yaratdığı ağır fəsadlar, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin doğurduğu təhlükələr barədə ətraflı məlumat verilib. Gənclərin zərərli vərdişlərdən qorunmasının, sağlam həyat tərzinin təbliğinin və narkotik vasitələrdən istifadəyə qarşı düzgün mövqenin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə inkişafının təmin edilməsi, hüquqi biliklərinin artırılması və narkomanlığın qarşısının alınmasında ailənin, təhsil müəssisələrinin və cəmiyyətin rolu barədə fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirmə tədbiri çərçivəsində iştirakçılara narkomanlığın zərərləri, narkotik vasitələrdən istifadənin fəsadları və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumatları əks etdirən maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbir uşaqların və gənclərin hüquqi maarifləndirilməsinə, onların zərərli vərdişlərdən qorunmasına, sağlam həyat tərzinin təşviqinə və narkomanlığa qarşı mübarizə sahəsində məlumatlılığın artırılmasına xidmət edir.

Keçidlər