Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi rayon Pedaqoji Kollecində “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib.

14 may 2026 | 18:05
Ağcabədi rayon Pedaqoji Kollecində narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində maarifləndirici tədbir təşkil olunub. “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusuna həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd gənclərin zərərli vərdişlərdən qorunması, ailə nəzarətinin gücləndirilməsi və narkotik vasitələrin yaratdığı fəsadlar barədə ictimai maarifləndirmənin artırılması olub.
 
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin birinci müavini Xətai Zeynalov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev, Ağcabədi Pedaqoji Kollecinin direktoru Əhəd Məmmədov, Ağcabədi Rayon Polis Şöbəsinin nümayəndəsi Azər Dostuyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları Sevinc Niftalıyeva və Aygün Qasımlı, məktəb psixoloqları, valideynlər və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, xüsusilə yeniyetmə və gənclərin bu kimi zərərli vərdişlərdən uzaq tutulmasında ailə institutunun, valideyn nəzarətinin və təhsil müəssisələrinin rolundan geniş bəhs ediblər. Bildirilib ki, sağlam gəncliyin formalaşdırılması, milli-mənəvi dəyərlərə sadiq nəslin yetişdirilməsi və gənclərin zərərli təsirlərdən qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
 
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Vasif Quliyev çıxışında narkotik vasitələrin insan sağlamlığına, psixoloji durumuna və cəmiyyətə vurduğu ağır zərərlərdən danışaraq, bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Digər çıxış edənlər də gənclərin asudə vaxtlarının səmərəli təşkili, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və narkomaniyaya qarşı birgə mübarizənin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində iştirakçılar arasında narkotik vasitələrin zərərləri, onların yaratdığı ağır fəsadlar və narkomaniya ilə mübarizənin əhəmiyyəti barədə məlumatları əks etdirən maarifləndirici bukletlər paylanılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Sonda tədbirin bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Keçidlər