Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ilə başlayıb.
Xəstəxananın direktoru Elnur Abdullayev çıxış edərək Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyətindən, qəhrəman oğul və qızlarımızın Vətən uğrunda göstərdiyi şücaətdən danışıb.
Daha sonra tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı İlahə Qasımova, həkimlər — Çingiz Həsənov, Yaşasın Haqverdiyev, Rüstəm Tanrıverdiyev, Gülnar Həsənova,Fuad Təhməzov, Azər Sadıqov, Surxay Sultanov, baş tibb bacısı Rübabə Səfərova, tibb bacısı Sevinc Hüseynova və Vətən müharibəsi iştirakçısı Vəli Mənsimov Zəfərimizin mənəvi dəyərindən və şəhidlərimizin xalq yaddaşında əbədi qalacağından danışıblar.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.






