Ağcabədi Rayon İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “100 gün - 100 təşəbbüs” adlı ağacəkmə aksiyası keçirilib.
06 dekabr 2025 | 18:05
Ağcabədi Rayon İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi rayon Zəfər prospektində “100 gün - 100 təşəbbüs” adlı ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, İcra Hakimiyyətinin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı və könüllülərin iştirakı ilə həmin əraziyə iqlim şəraitinə uyğun olaraq seçilmiş 200 şam ağacı və 300 meyvə ağacı əkilib.






