Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “3 Dekabr – Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbir keçirilib.

03 dekabr 2025 | 18:52

Dekabrın 3-də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “3 Dekabr – Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzində baş tutub.

50-dək sağlamlıq imkanları məhdud olan şəxslər və müharibə əlillərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov məruzə ilə çıxış edib. Daha sonra rayon icra hakimiyyətinin əməkdaşı, sağlamlıq imkanları məhdud olan Aygün Qasımılı, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyev, sağlamlıq imkanları məhdud olan azyaşlı Amin İbrahimovun babası Mais İbrahimov və digərləri çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, fiziki məhdudiyətli şəxslər də hər kəs kimi təhsil almaq, işləmək, yaradıcılıqla məşğul olmaq və ictimai tədbirlərdə iştirak etmək haqqına sahibdirlər. Cəmiyyət olaraq biz onların qarşısındakı fiziki və sosial baryerləri aradan qaldırmalı, onları dəstəkləməliyik. Əsas məqsəd, fiziki məhdudiyyətləri olan şəxslərin passiv deyil, fəal və müstəqil həyat tərzi sürmələrini təmin etməkdir.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Rayon rəhbəri əlillərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərə toxunub, onların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, fiziki məhdudiyyətli şəxslərin evə qapanmaması və cəmiyyətə aktiv şəkildə qoşulması olduqca vacibdir. Onların sosial həyatda iştirak etməsi həm özlərini faydalı hiss etmələrinə, həm də cəmiyyətin daha inklüziv və bərabərhüquqlu olmasına xidmət edir.
Çay süfrəsi arxasında davam edən tədbir səmimi anlar yadda qalıb.

Yekunda xatirə şəkilləri çəkdirilib.

Keçidlər