Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq keçirilib
03 may 2024 | 18:08
RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin RİHB-nin məsul şəxslərinin iştirakı ilə keçirilən yığıncaqda şəhərsalma və arxitektura qaydalarına əməl etməklə tikinti və onun qaydalarına əməl oluunması, məlumatlandırma icraatı haqqında tələblər, eləcə də tikintiyə razılıq alındılqdan sonra işlərin davam etdirilməsi barədə RİHB-nin birinci müavini Xətai Zeynalov öz tapşırıq və tövsiyyələrini bildirib.
RİHB-nin şöbə müdiri Qurban Babayev taxıl və ot biçinlərindən sonra kövşənliklərin, meşə kənarlarının yanğından qorunması və bu barədə rayon rəhbərinin müvafiq sərəncam imzaladığını diqqətə çatdırıb. Eyni zamanda, yüksək gərginlikli elektrik xəttlərinin altında və ətrafında taxıl biçinlərindən sonra şumlama işinin vacibliyini də yığıncaq iştirakçılarına çatdırıb. Həmçinin ərazilərdə yaranan tullantıların və zibillərin yaratdığı ekoloji fəsadlar barədə aidiyyatı üzrə tapşırıqlar verildi. Bununla əlaqədar RİHB aparatının məsul şəxsi M.Bağırov öz fikirlərini yığıncaq iştirakçılarına çatdırıb.
Qeyd edək ki, RİHB-nin Hüsülü kənd icra nümayəndəsi İsmayıl Məhərrəmov, Pərioğullar kənd icra nümayəndəsi Allahverdi Alıyev və digərləri yerlərdə yaranan sənədləşmə işləri ilə bağlı öz fikir və təkliflərini bildiriblər.