Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbul-görüşü Şahsevən Təzəkənd kəndində keçirilib

12 aprel 2023 | 21:00

Əhalini narahat edən problemlərlə yaxından tanış olmaq, onların  həlli üçün müvafiq tədbirlər görmək,  vətəndaş məmnunluğunu təmin etmək məqsədilə icra başçılarının yerlərdə keçirdikləri səyyar qəbullar öz nəticəsini verməkdədir. Ağcabədidə də bu tədbirlər mütəmadi olaraq həyata keçirilir. Mövcud qrafikə əsasən növbəti səyyar görüş Şahsevən-Təzəkənd kəndində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Çıxış edən icra baçısı Rafil Hüseynov  Prezidednt İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan  abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsindən, eləcə də rayonda görülən işlərdən, təsərrüfatda əldə edilən uğurlardan, həmçinin suvarma ilə bağlı mövcud problemlərdən və bunun həlli istiqamətində qarşıda duran vəzifələrdən söz açıb.

Sonra qəbul iştirakçılarının müraciətləri dinlənilib. Kənd sakinləri Səfər Hüseynov, Akif Mamedov, Sahibə Mamedova, Asif Məmmədov və digərləri suvarma və içməli su ilə bağlı yaşanan çətinlikləri, içməli su xətlərinə müdaxilələr olunduğu, bərabərlik gözlənmədiyi üçün bəzi sakinlərin susuz qaldığını, elektrik dirəklərinin sıradan çıxaraq yararsız vəziyyətə düşdüyünü və digər məsələləri diqqətə çatdırıblar.

Qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

Sakinlər problemlərlə yanaşı, həmçinin ölkəmizdə və rayonumuzda həyata keçirilən uğurlu işlərdən söz açıb, bunun üçün dövlət başçısına öz minnətdarlıq hisslərini ifadə ediblər.

Keçidlər