Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Taryel Atayevin anım mərasimində iştirak edib

12 noyabr 2022 | 15:21

Vətən müharibəsi şəhidi Taryel Atayev 1986-cı il, sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub.
Azərbaycan ordusunun əsgəri olan Taryel Atayev ərazi bütövlüyümüzün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının azadlığı uğrunda mərdliklə savaşıb. Şuşa uğrunda gedən gərgin döyüşlərdə şəhadətə ucalıb. Böyüdüyü kəndin qəbristanlığında dəfn olunub.
Taryel Atayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən ” Vətən uğrunda ” , “Qubadlının azad olunmasına görə ” , “Füzulinin azad olunmasına görə ” , ” Şuşanın azad olunmasına görə ” medalları ilə təltif olunub.
Noyabrın 11-də Taryel Atayevin anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, RİH başçısı aparatının məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları və digər şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər. Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun düşmənin yaratmış olduğu ” yenilməz erməni ordusu ” mifini darmadağın etməyindən söz açdı.
Ölməz vətən oğlunun ruhuna dualar oxundu. Daha sonra şəhidimizin ailəsi tərəfindən onun xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidəsinin açılışı oldu 

Keçidlər