Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Samir Mikayıllının anım mərasimində iştirak edib

12 noyabr 2022 | 15:17

Azərbaycanımızın hər qarışını azad görmək istəyən, bu amal uğrunda Vətən müharibəsində qanı qətrə-qətrə vətən torpağına hopan şəhidimizin biri də Samir Mikayıllıdır.
Samir Sabir oğlu Mikayıllı 1993-cü ilin yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.
Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb . Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbində davam etdirib.
Xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı zabiti , kapitan, həmçinin Günnüt əməliyyatının iştirakçısı olan və Vətən müharibəsi döyüşlərində şücaəti dillər əzbərinə çevrilən Samir Mikayıllı həmin döyüşlər zamanı könüllü şəkildə Naxçıvan əlahiddə korpusundan Qarabağa gəlib . Füzuli, Qubadlı , Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daha sonra Şuşanın azadlığı uğrunda gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Salmanbəyli kənd qəbiristanlığında dəfn olunub.Samir Mikayıllı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ” Vətən uğrunda” ,”Şuşanın azad olunmasına görə” ,” Füzulinin azad olunmasına görə ” ,” Xocavəndin azad olunmasına görə” , ” 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ” və digər medallar ilə təltif olunub.
Noyabrın 11-də Şuşa Fatehinin anım günü qeyd olundu.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, vətən müharibəsi qaziləri,şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov 44 günlük müharibə ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuzun, başımızı ucaldan vətən oğullarının misilsiz xidmətlərindən söz açdı.
Qəhrəman şəhidimizin ruhuna dualar oxundu.

Keçidlər