Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Sahil Hüseynovun anım mərasimində iştirak edib

12 noyabr 2022 | 15:29


Torpaqlarımızı azad görmək istəyən,elə bu amal uğrunda da qəhrəmancasına savaşaraq canından keçən vətən oğullarından biri Sahil Habil oğlu Hüseynovdur. Sahil Hüseynov 2001-ci il, iyunun 12-də Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Xocavənd kənd 1 saylı məktəbi bitirib.
Azərbaycan ordusunun əsgəri olan Sahil Tovuz döyüşlərinin də iştirakçısı olub.
Vətən müharibəsində torpaqlarımızın azadlığı üçün gedən gərgin döyüşlərdə qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucalıb.
Sahil Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ” Vətən uğrunda” , ”Döyüşdə fərqlənməyə görə” ,” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Noyabrın 11-də şəhid Sahil Hüseynovun anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri, Xocavənd kənd tam orta məktəbinin müəllim və şagird kollektivi , kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarımızı azad etməsindən söz açdı.
Qəhrəman şəhidimizin ruhuna dualar oxundu.
Daha sonra şəhidimizin xatirəsini əbədiləşdirmək məqsədilə ailəsinin təşəbbüsü və iş adamı, xeyriyyəçi Tahir Hüseynovun maliyyə dəstəyi ilə ərsəyə gəlmiş 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş Xocavənd kənd şəhidlərinin adlarının və şəkillərinin həkk olunduğu abidə bulaq kompleksinin açılışı oldu.Dövlət himnimiz səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən rayon rəhbəri Rafil Hüseynov, Tahir Hüseynov, şəhid anaları və başqaları ölümləri ilə ölümsüzlük qazanan vətən oğullarının xatirəsinin daim uca tutulduğundan söz açdılar, şəhidlərimizin əbədiyaşarlığını, onların ömür yolunun gələcək nəsillər üçün bir məktəb olduğunu vurğuladılar.

Keçidlər