Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Rövşən Allahverdiyevin anım mərasimində iştirak edib
Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti rayon şöbəsinin rəis müavini, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələri üzvləri, ziyalılar iştirak ediblər.
İcra başçısı Rafil Hüseynov Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyüş meydanında əsl qəhrəmanlıq göstərərək, dövlətimizin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdiklərini bildirdi.
Sonda qəhrəman Vətən oğlunun ruhuna dualar oxundu. Qeyd edək ki, Rövşən Allahverdiyev 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. O, Sumqayıt şəhərində “N” saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında Beyləqan rayonunda həmlətaborunda xidmətini davam etdirir. Azərbaycan ordusunun kiçik çavuşu Rövşən Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri sırasında Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə igidliklə vuruşub. Rövşən Füzuli rayonun Əhmədbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.
İgid döyüşçü ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.