Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Nurlan Quliyevin anım mərasimində iştirak edib
Noyabrın 5-də şəhid Nurlan Quliyevin anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri, Qaraxanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ,kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu və bunu döyüş meydanında sübut etdiyini bildirdi.
Qəhrəman şəhidimizin ruhuna dualar oxundu.
Qeyd edək ki, Quliyev Nurlan Şükür oğlu 1995-ci ilin dekabrın 4-də Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Nurlan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda mərdliklə savaşıb. Şuşanın azadlığı uğrunda gedən gərgin döyüşlərdə şəhadətə ucalıb. Qaraxanlı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Quliyev ölümündən sonra ” Vətən uğrunda” ,” Füzulinin azad olunmasına görə” , ” Cəsur döyüşçü ” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif olunub.