Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Murad Əsədovun anım mərasimində iştirak edib

10 oktyabr 2022 | 10:40

Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün, onlar cismən bu dünyanı tərk edər, əbədi olaraq könüllərə, yaddaşlara həkk olar, nağıla dönər, dastana çevrilərlər. Nağıla dönən şəhidimizin biri də Əsədov Murad Rüstəm oğludur. Murad Əsədov 1999-cu il dekabrın 15-də Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. Şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbini bitirib.

Torpaqlarımızın azadlığı üçün başlanan Vətən müharibəsində Murad könüllü olaraq  döyüşlərə qatılıb. 10-dan  çox düşmən əsgərini məhv edən, əsgər yoldaşlarını qoruyan cəsarətli döyüşçü  Vətən uğurunda gərgin döyüşlərdə şəhadatə ucalır. Hələ şəhid olmamışdan bir neçə saat əvvəl ailəsinə zəng edərək, halallıq alır və “mən şəhid olacam, bunu hiss edirəm” deyir. Elə də olur. Murad 20 yaşında şəhidlik zirvəsinə ucalır. 

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən Murad Əsədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunur.

Oktyabrın 9-da Şərəfxanlı kəndində anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon şöbəsinin rəis müavini, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin döyüş yoldaşları, onun doğmaları, şəhid ailələrinin üzvləri, ziyalılar və kənd sakinləri iştirak etdilər. Ziyarət  zamanı icra başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyətli mövqeyi sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan söz açdı, şəhidin ailəsinə başsağlı verdi. Qəhrəman şəhidin ruhuna dualar oxundu. 

Keçidlər