Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Məkan Qəhrəmanovun anım mərasimində iştirak edib

12 oktyabr 2022 | 12:09

Şəhidlik isə,ürəyi vətən üçün döyünənlərin çıxdığı müqəddəs yoldur. Şəhidlik vətən torpağına qarışmaqdır, vətən olmaqdır.
Ürəyi vətən üçün döyünən qəhrəman şəhidlərdən biri də Məkan Qəhrəmanovdur.
Oktyabrın 12-də Ağcabədi Rayonunun Minəxorlu kəndində şəhidin anım mərasimi keçirildi.


Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağcabədi Rayon Təşkilatının sədri, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları , şəhid ailələrinin üzvləri, Minəxorlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ,kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu və bunu döyüş meydanında hər dəfə sübut etdiyini bildirdi.
Qəhrəman şəhidimizin ruhuna dualar oxundu.


Minəxorlu kənd tam orta məktəbinin şagirdlərinin ifasında şeirlər səsləndirildi.
Məlumat üçün bildirək ki, Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. Hərbi xidmət müddətində Günnüt əməliyyatının iştirakçısı olub.
Məkan Qəhrəmanov 2020 -ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi naminə başlanan vətən müharibəsində iştirak edib.
Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Məkan Qəhrəmanov ölümündən sonra ” Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” ,” İgidliyə görə” ,” Füzulinin azad olunmasına görə” ,” Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub

Keçidlər