Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Məhəbbət Quliyevin anım mərasimində iştirak edib

06 noyabr 2022 | 12:02

Yurdumuzun azadlığı üçün canından keçən qəhrəmanımızın biri də Məhəbbət Quliyevdir.

Qiyaməddinli kəndində Vətən müharibəsi şəhidi Məhəbbət Quliyevin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, Aşağı Qiyaməddinli kənd orta məktəbinin müəllim və şagird kollektivi,kənd sakinləri iştirak etdilər.

Rayon rəhbəri Rafil Hüseynov 44 günlük Vətən müharibəsində ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlardan söz açdı. Məktəblilərin ifasında şeirlər səsləndirildi

 Vətən oğlunun ruhuna dualar oxundu.

Məlumat üçün bildiririk ki,  Məhəbbət Quliyev 17 noyabr 1993- cü ildə Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndində anadan olub.Orta təhsilini həmən kəndin tam orta məktəbində alıb. Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşüb. Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.

Məhəbbət Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər