Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Həsən Süleymanovun anım mərasimində iştirak edib
Vətən müharibəsi şəhidi Həsən Süleymanovun anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələrini üzvləri iştirak ediblər. Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun düşməni lərzəyə gətirməsindən söz açıb, vətən oğlunun ruhuna dualar oxunub.
Qeyd edək ki, Həsən Süleymanov 25 avqust 1991-ci ildə Ağcabədi rayonunda anadan olub. Şəhər 3 saylı tam orta məktəbini bitirib. Hərbi xidməti dövründə snayper atıcısı kimi xidməti borcunu yerinə yetirib.
Vətən müharibəsi zamanı cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli və Zəngilanın azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib.
Həsən Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.