Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Hafiz Həziyevin anım mərasimində iştirak edib

07 oktyabr 2022 | 11:15

II Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Həziyev Hafiz Varoğlu oğludur. 1993-cü ildə bu kənddə dünyaya göz açan Hafiz müharibənin ilk günlərindən silaha sarılaraq döyüşə atılır. Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlərdə fəal iştirak edir, bir çox igidliklər göstərir. Oktyabrın 6-da Füzuli rayonunun azad edilməsində həyata keçirilən əks-hücum zamanı, öz yaralı döyüşçü yoldaşlarını döyüş meydanından çıxararkən snayperdən açılan düşmən gülləsi ilə şəhid olur.

            İgid döyüşçü ölümündən sonra Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

            Oktyabrın 6-da Yeni Qaradolaq kəndində şəhid Hafiz Həziyevin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, şəhid ailələri, şəhidin ailə üzvləri, media işçiləri, kənd sakinləri, Yeni Qaradolaq və Aran kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak ediblər.

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müzəffər Azərbaycan Ordusunun 30 ilə yaxın düşmən tapdağında olan dədə-baba torpaqlarımızı azad azad etməsindən, igidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən danışıb, şəhidin ailəsinə baş sağlığı verib. Qəhrəman şəhidin ruhuna dualar oxunub.

            Sonda Yeni Qaradolaq və Aran kənd tam orta məktəbinin şagirdləri şeirlər səsləndiriblər.

Keçidlər