Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Gülalı Qəhrəmanovun anım mərasimində iştirak edib
Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.
Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi həkk etdilər, onlar bu dünyanı cismən tər edərək, onlar ruhən ömürlərə köçür, dastanlara, nağıllara çevrilirlər.
Nağıla dönən, dastana çevrilən şəhidimizin biri də,Qəhrəmanov Gülalı Aydın oğludur. Sentyabrın 28-də Vətən müharibəsində şəhadətə ucalan Gülalı Qəhrəmanovun anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon iCra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti rayon şöbəsinin müavini, media nümayəndələri, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələrinin üzvləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu və bunun döyüş meydanında hər dəfə sübut olunduğunu bildirdi. Sonda qəhrəman Vətən oğlunun ruhuna dualar oxundu. Məlumat üçün bildirək ki, Gülalı Aydın oğlu Qəhrəmanov 17 fevral 1986-cı ildə Ağcabədi rayonun Minəxorlu kəndində anadan olub. O, Vətən müharibəsində qəhrəmanlıqlar göstərib.
İgid döyüşçü Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb, doğma Minəxorlu kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən G.Qəhrəmanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.