Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Əmrah Mamedovun anım mərasimində iştirak edib

28 sentyabr 2022 | 09:21

Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələrinin üzvləri, ziyalılar, ağsaqqallar iştirak etdilər.

            İcra başçısı Rafil Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından söz açdı, Azərbaycan Ordusunun qüdrətindən, döyüş zamanı göstərdikləri şücaətdən danışdı.

            Ardınca qəhrəman şəhidin ruhuna dualar oxundu.

            Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Əmrah Mamedov Vətən müharibəsi zamanı ordu sıralarında atıcı və kəşfiyyatçı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Qarşı tərəfdən hərbi məlumatların və sirlərin öyrənilməsində fərqlənib. Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

            Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Əmrah Mamedov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər