Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Əli Əsədovun anım mərasimində iştirak edib

11 oktyabr 2022 | 12:14

Oktyabrın 11-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhadətə ucalan Əli Əsədovun anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ,YAP Ağcabədi Rayon Təşkilatının sədri Rövşən Əhmədov, hüquq -mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri,kənd sakinləri iştirak etdilər.


Anım mərasimində şəhidimizin xatirəsi anıldı, ruhuna dualar oxundu.
Məlumat üçün bildirək ki, Əsədov Əli Bayram oğlu 27 may 2000-ci ildə Ağcabədi rayonunun Şahsevən-Təzəkənd kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb.
Əli Əsədov 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhadətə ucalıb .
O , Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ” Vətən uğrunda ” , “Xocavəndin azad olunmasına görə ” ,” Füzulinin azad olunmasına görə ” , “Cəsur döyüşçü ” medalları ilə təltif olunub

Keçidlər