Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Ceyhun Məmmədovun anım mərasimində iştirak edib
Vətən torpağının düşmən caynağından azad edən qəhrəman igidimizin biri də Məmmədov Ceyhun Qafar oğludur. Ceyhun 1996-ci ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Vətən müharibəsində Füzulinin, Xocavəndin və Şuşanın azadlığı azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş tapşırığının yerinə yetrilməsi zamanı şəhid olub.
Oktyabrın 26-da Ceyhun Məmmədovun şəhadətə ucalmasından 2 il ötdü. Bu münasibətlə də Qaraxanlı kəndində şəhidin anım mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlıik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hünərdən söz açdı.
Qəhrəmanımızın ruhuna dualar oxundu.
Məlumat üçün bildirək ki, Ceyhun Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.