Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Anar Cəfərovun anım mərasimində iştirak edib

04 oktyabr 2022 | 18:30

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində dünyaya göz açan, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Cəfərov Anar Eyvaz oğludur. Müharibə başlamazdan əvvəl də Vətənə şərəflə xidmət edən Anar Cəfərov müharibənin ilk saatlarında döyüşə atılan igidlərimizdən biridir. Peşəkar hərbçi həyata keçirilən əməliyyatlar zamanı işğal altında olan qəsəbə və kəndlərimizin düşməndən azad edilməsində misilsiz şücaətlər göstərib, ən son nəfəsinə qədər düşmənlə döyüşüb. Anar Cəfərov 3 oktyabr, 2020-ci il tarixdə Suqovuşan  uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olub. Anar Cəfərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə”,  “ Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları v ə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu gün şəhidimizin iki məktəbli oğul övladı – Rəhman və Eyvaz vətənpərvər ruhda böyüyən gənclərdir. Rəhman da, Eyvaz da gələcəkdə ataları kimi elə hərbçi olmaq arzusundadırlar.

     Oktyabrın 4-də Ağcabədi rayon Qəhrəmanlar Parkında şəhidin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  aparatın  məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi, şahid ailələri, şəhidin ailə üzvləri iştirak etdilər.

  Mərasimdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və başqaları 44 gün ərzində Azərbaycan Ordusunun erməni işğalında olan Qarabağ torpaqlarında həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından danışdılar, ölümün gözlərinə dik baxan Vətən şəhidlərinə uca Allahdan rəhmət dilədilər.

 

Keçidlər