Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Ağayev Naimin anım mərasimində iştirak edib

31 oktyabr 2022 | 10:08

 44 günlük Vətən müharibəsində rayonun Muğanlı kəndindən döyüşlərdə iştirak edən, torpaq üçün, Vətən üçün canından keçən igidlərimizin arasında Ağayev Naim Süleyman oğlu da var. 1998-ci ildə Rusiyanın Saratov şəhərində dünyaya göz açmış Naim ailəsi ilə birlikdə Vətənə qayıdıb, doğma Muğanlı kəndində yaşayıb. 

   Uşaqlıqdan yüksək vətənpərvərlik ruhunda böyüyən Naim, daim Qarabağ həsrəti ilə alışıb-yanıb, düşməndən alınacaq qisas gününü səbrsizliklə gözləyib. 

   Vətən müharibəsinin birinci günündə – 27 Sentyabrda döyüşlərə atılan cəsur döyüşçü Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut istiqamətlərində gedən əks-hücum əməliyyatlarında fəal iştirak edib, düşmənin uydurduğu “keçilməz Ohanyan səddinin”  darmadağın edilməsində misilsiz şücətliklər göstərib. 

   Naim Ağayev Füzuli rayonunun ətraf kəndləri uğrunda gedən qanlı döyüşlərin birində, anasının və qardaşının doğum günündə, 29 oktyabrda savaş meydanında qəhrəmancasına şəhid olub, o şəhidlik zirvəsinə ucalıb.

   Düşmənin qorxulu yuxusuna çevrilmiş Naim ölümündən sonra Azərbaycanın Respublikasnın Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, ” Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

   Oktyabrın 30-da Muğanlı kəndində şəhidin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon icra hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri, Muğanlı və Minəxorlu kənd tam orta məktəbinin müəllim və şagirdləri kollektivləri iştirak ediblər. İlk öncə şəhidin məzarını ziyarət olunub, ruhuna dualar oxunub.

   Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, şəhid Naim Ağayev simasında torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən oğullarına Allahdan rəhmət diləyib, şəhidin ailəsinə başsağlığı verib.

   Sonda Muğanlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən şeirlər səsləndirilib.

Keçidlər