Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Mirəli Hüseynovun anım mərasimində iştirak edib

29 oktyabr 2022 | 10:20

  İllərdir qaysaqlamayan, qabıq tutmayan Qarabağ adlı yaramızı sağaldan, alnımızın ləkəsini silib, başımızı ucaldan qəhrəman Vətən oğlunun  biri də Mirəli Hüseynovdur.

Mirəli Hüseynov 15 oktyabr 1996-cı ildə Ağcabədi rayonunda anadan olub. Vətən müharibəsi zamanı qismən səfərbərlik elan olunan zaman könüllü olaraq vətənin müdafiəsinə qoşulmaq üçün cəbhəyə yollanıb. Cəbrayılın, Qubadlının, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Döyüş tapşırığını yerinə yetirərkən şəhadətə ucalıb.  Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub torpağa tapşırılıb.

Oktyabrın 28-də şəhidimizin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.

Ölməz Vətən oğlunun ruhuna dualar oxudular.

Qeyd edək ki, Mirəli Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər