Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının dəvəti ilə onu evində ziyarət etdi
Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən istər I-ci Qarabağ müharibəsi , istərsə də vətən müharibəsi şəhidləri daim diqqət mərkəzində saxlanılır . Bu ailələr hər zaman ziyarət olunur, onların problemlərinin həlli üçün müvafiq addımlar atılır .
Noyabrın 23-də Ağcabədi RİH-nin başçısı Rafil Hüseynov, hüquq -mühafizə orqanının rəhbəri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri və media nümayəndələri I-ci Qarabağ müharibəsi şəhidi Habil Baxışovun anası Reyhan Baxışovanın evinə gedərək onu ziyarət etdilər.
Qeyd edək ki, şəhid anası Reyhan Baxışova rayon rəhbəri ilə görüşmək istədiyini, lakin səhhətinin buna imkan vermədiyini, bu məqsədlə də icra başçısını evinə dəvət etdiyini bildirib.
Səmimi keçən söhbətdə şəhidimizin ailəsi, mövcud olan müəyyən problemləri rayon rəhbərinin diqqətinə çatdırdı.İcra başçısı məsələnin həlli üçün müvafiq göstərişlər verdi.