Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı şəhər sakinləri ilə səyyar qəbul keçirib

25 sentyabr 2026 | 18:37
 
25 sentyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ağcabədi şəhər inzibati ərazi vahidi üzrə 12 saylı şəhər tam orta məktəbdə şəhər sakinləri ilə səyyar qəbul keçirib.
 
Qəbulda Tofiq İsmayılov, Xəyal Həziyev, Əlnağı Bünyatov, Bakı, İsmət Qayıbov, Qanboy Abbasov, Kamil Nəsibov və Hüsü Hacıyev küçələrinin sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.
 
Müraciətlər əsasən yolların və küçələrin təmiri, ərazilərin işıqlandırılması, elektrik təsərrüfatı, su və kanalizasiya, ictimai binaların vəziyyəti, məşğulluq, torpaq sahəsi, sahibsiz itlər və qaz xəttinin yerdəyişməsi ilə bağlı olub.
 
Qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, bir sıra müraciətlərin yerində araşdırılması və həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.
İsmət Qayıbov küçəsində yolun vəziyyəti ilə bağlı müraciətə münasibət bildirən RİH başçısı şəhər ərazisində bir sıra küçələrin əsaslı təmirinin nəzərdə tutulduğunu qeyd edib və məsələ ilə bağlı müvafiq tapşırıqlar verib. Yolun cari təmirinə köməklik göstərilməsi Ağcabədi bələdiyyəsinə tövsiyə olunub.
 
İşıqlandırma ilə bağlı müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Ağcabədi Elektrik Şəbəkəsinə, su və kanalizasiya məsələləri ilə bağlı isə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıqlar verilib.
 
Məşğulluqla bağlı müraciət edən vətəndaşa aidiyyəti üzrə Qarabağ Regional Məşğulluq Filialının Ağcabədi Xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunub.
Səyyar qəbul zamanı qaldırılan digər məsələlərlə bağlı da aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində tədbirlər davam etdiriləcək
Keçidlər