Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Sarvanlar kəndində səyyar qəbul keçirib

23 sentyabr 2026 | 18:10

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarvanlar kəndində sakinlərlə səyyar görüş-qəbul keçirib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.

Müraciətlər əsasən kənd təsərrüfatı sahələrinin suvarılması, suvarma arxlarının və subartezian quyularının vəziyyəti, içməli su təminatı, kəndarası yolların təmiri, həmçinin məktəbin maddi-texniki təminatı ilə bağlı olub.
Torpaq sahələrinin suvarılması ilə bağlı müraciətlərə baxılaraq Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müvafiq tapşırıqlar verilib.
11260 nömrəli subartezian quyusunun 2027-ci ilin bərpa planına salındığı bildirilib. İçməli su məqsədilə istifadə olunan artezian quyusunun isə idarənin balansında olmadığı barədə məlumat verilib.

Kəndarası yolun vəziyyəti ilə bağlı müraciətə münasibət bildirən RİH başçısı yolun təmirinin nəzərdə tutulduğunu qeyd edib və aidiyyəti üzrə tapşırıq verib.

Səyyar qəbul zamanı Sarvanlar kənd ümumi orta məktəbinin inventar təminatı və sanitar qovşağının su ilə təmin olunması məsələləri də qaldırılıb. Məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.

Bundan əlavə, örüş-otlaq və yonca sahələrinin suvarılması, həmçinin Qar-qar çayından istifadə ilə bağlı müraciətlərə baxılıb, vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbul zamanı qaldırılan məsələlər nəzarətə götürülüb və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Keçidlər