Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Yuxarı Qiyaməddinli kəndində səyyar qəbul-görüşü keçirilmişdir
17 oktyabr 2024 | 14:56
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sakinlərlə növbəti səyyar qəbulu oktyabrın 16-da rayonun Yuxarı Qiyaməddinli kəndində keçirilib. Görüşdə RİHB-nın müavinləri, şöbə müdirləri, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, habelə kənd ziyalıları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, yerlərdə əhali ilə belə səyyar görüşlərin keçirilməsi ümumi işə böyük fayda verir. Hər görüşdə insanlar tərəfindən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtarılır və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı sakinlərin suallarını ətraflı cavabdırıb.
Bundan sonra söz kənd sakinlərinə verilib. Savalan Mirzəyev müraciətində istifadələrində olan pay torpaq sahələrini suvara bilmədiklərini qeyd edərək əraziyə xidmət edən subartezianın bərpa olunmasına, Valeh Mirzəyev içməli su üçün istifadə etdikləri krant artezianından suyun yaşadığı əraziyə getmədiyini, bunun nəticəsində çətinliklərin yarandığını bildirərək yaranmış probleminin aradan qaldırılması üçün həmin arteziana iri su çənin qoyulmasına, Faiq Mamedov kənd ərazisində torpaq sahələrinə gedən qəzalı vəziyyətdə olan 7 ədəd elektrik dirəklərinin dəyişdirilməsinə, həmçinin pay torpaq sahələrinə xidmət edən subarteziana yeni elektrik transformatorun qoyulmasına, Natiq Hacıyev kənd məktəbinin kanalizasiyasının daşdığını və məktəbin həyətinə axın verdiyini, kəndin mərkəzindən keçən avtomobil yolunda maşınların sürətlə hərəkət etdiyini və yolun kənarında yerləşən məktəbin şagirləri üçün təhlükə yaratdığını bildirərək yola trampilin qoyulmasına, Rizvan Qurbanov isə müraciətində münasib işlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Kənd sakinlərini dinləyən rayon rəhbəri Rafil Hüseynov qaldırılan məsələlərin, mövcud problemlərin həlli ilə bağlı müvafiq qanunvericilik qaydalarını vətəndaşlara izah edib. Həmçinin həlli mümkün məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə, eləcə də məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini verib.