Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Yeni Qaradolaq kəndində keçirilmişdir

19 fevral 2024 | 09:13

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri davam edir.  Fevralın 14 –də daha bir səyyar qəbul Yeni Qaradolaq kənd tam orta məktəbində keçirilib. Qəbulda həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatarın rəhbərləri, media nümayəndələri iştirak ediblər.

Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, bir neçə gün öncə ölkəmizdə keçirilən prezident seçkilərindən söz açıb, İlham Əliyevin bu seçkilərdə qalib gəlməsi üçün həmrəylik nümayiş etdirən hər kəsi təbrik edib. Rayon rəhbəri, bildirib ki, bu qələbə təkcə rəqiblər üzərində çalınan qələbə deyildi. Xalqımız 44 günlük Vətən müharibəsində necə birləşmişdisə, fevralın 7-də keçirilən seçkilərdə də eyni birliyin şahidi olduq. Bundan sonra isə ölkəmizdə daha böyük yeniliklərə şahidlik edəcəyik.

 Sonra qəbul iştirakçıları çıxış ediblər. Müraciətlərdə kəndin kabelləşməsi, yolun təmir edilməsi və digər məsələlərlə bağlı  ümumi problemlər səsləndirilib. Bununla yanaşı, vətəndaşlardan biri həyətindən keçən 10 kv-luq elektrik xəttini saxlayan dirəyin xeyli vaxtdır məhv olduğunu, yenisinin qoyulmadığını, odur ki, xəttin çox aşağıdan keçdiyini və ətraf üçün təhlükə yaratdığını bildirib. Daha bir vətəndaş isə yaranmış müəyyən problemlə bağlı yaşadığı ünvanda mavi yanacaqdan istifadə edə bilmədiyini, artıq 1 ildən artıq müddətdir ki  bu vəziyyətdə yaşadığını  bildirib. Hər iki məsələ ilə bağlı aidiyyəti qurumların nümayəndələri münasibət bildirib və problemin tezliklə həll olunacağını diqqətə çatdırıblar. Qəbulda həmçinin işlə təmin olunma, maddi köməkliyin göstərilməsi və s. məsələlərlə də bağlı müraciətlər yer alıb. Hər bir müraciət səbrlə dinlənilib, bəzi məsələlər nəzarətə götürülüb, bəziləri yerindəcə həllini tapıb, bəziləri ilə bağlı isə vətəndaşlara izahlar verilib, onlar aidiyyəti üzrə istiqamətləndirilib.

Keçidlər