Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Yeni Qaradolaq kəndində keçirilib
Sakinlərin problemlərinin dinlənlilməsi və həlli istiqamətində təşkil olunan görüş Məhəmməd Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbinin həyətində baş tutub.
Qəbulda RİHB-nin müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Təxminən 80 nəfərdən çox sakinin iştirak etdiyi qəbulda çıxış edən rayon rəhbəri Prezident İlham Əliyevin hərtərəfli qayğısından söz açıb, ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirlən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı azad edilən ərzailərimizdə bərpa- quruculuq işlərinə xüsusi diqqət ayrılır, bu yerlərin abadlaşdırılması sürətlə davam edir. Artıq bir neçə ailə öz doğma yurd-yuvalarına köçürülüb.
R.Hüseynov eyni zamanda rayonun pambıqçılıqda mühüm yer tutduğunu, ötən mövsümdə 11 min 838,6 hektar sahədə pambıq əkildiyini və yüksək səviyyədə becərilmədən sonra 40362,67 ton məhsul əldə edildiyini diqqətə çatdırıb.
Sonra söz qəbul iştirakçılarına verilib. Vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib.
Sakinlər Fəxrəddin İsgəndərov, Nofəl Ağayev, Məhərrəm Əliyev, Allahverdi Əhmədzadə, Elnur Əliyev və başqaları kənddə poçtun olmaması, elektrik enerjisinin verilməsində, içməli və suvarma suyunda yaranan problemlərdən, Məhəmməd Füzulinin heykəlinin köhnə məktəb binasının həyətindən yeni məktəb binasının həyətinə köçürülməsi və digər məsələlərlə bağlı çətinliklərini diqqətə çatdırıblar.
Səsləndirilən bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verilib. Digər məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, müvafiq izahlar verilib.