Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Taynaq kəndində keçirilib

07 sentyabr 2023 | 16:23

Taynaq kəndində səyyar qəbul keçirilib

Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə formalaşmış müasir idarəetmə modelində  “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırır. Əhalinin məmnunluq səviyyəsi dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi qəbul edilir. Yerlərdə rayon rəhbərləri tərəfindən səyyar qəbulların keçirilməsi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağcabədi rayonunda da son illərdə mütəmadi şəkildə keçirilən səyyar qəbullar, bu görüşlərdə qaldırılan məsələlərin bir çoxunun öz həllini tapması, nəzarətə götürülməsi məhz xalqa qulluğun, vətəndaş-dövlət qulluqçusu münasibətlərinin inkişaf etdirilməsinin göstəricisidir.

Belə səyyar görüşlərdən daha biri  sentyabrın 6-da da rayonun Taynaq  kəndində keçirilib.

Qeyd edək ki, Taynaq kəndi əvvəllər Sarıcalı kənd inzibati ərazi vahidinin  tərkibində olmuş, sonradan ayrılaraq həmin kənd mərkəz olmaqla Taynaq kənd inzibati ərazi vahidi yaradılmışdır. 704 ha ərazidə yerləşən Taynaq kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Əhalinin sayı 1076 nəfər, o cümlədən kənd əhalisi 1035 nəfər, məcburi köçkünlər 41 nəfərdir.

Kənddə 1 tam orta məktəb, kənd yaradıcılıq kubu, kənd feldşer-mama məntəqəsi və  kitabxana  fəaliyyət göstərir.

Taynaq kəndinin 3 şəhidi var. Onlardan ikisi I Qarabağ müharibəsində  döyüş zamanı, biri isə Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin mülki əhalini  atəşə tutması nəticəsində həlak olmuşdiur.

Həmçinin fizika-riyaziyyat elmləri doktoru, professor Əfqan Aslanov, hüquq elmləri doktoru Kəmalə Aslanova, kənd təsərrüfatı elmləri namizədi  Musa Hacıyev də məhz bu kənddəndir.

Ötən ilin noyabrında Taynaqda keçirilən səyyar görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra məsələlər nəzarətə götürülmüş, müəyyən problemlər öz həllini tapmışdı. Məhz buradan yaranan inamın nəticəsidir ki, bir çox sakinlər yenə də çətinliklərinin həll olunacağı ümidi ilə kənddə keçirilən növbəti səyyar qəbulda iştirak edirdilər.

Hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, işğaldan azad edilmiş ərazilərimizdə gedən tikinti, quruculuq-abadlıq işlərindən söz açıb, o cümlədən Ağcabədidə görülən işlərdən, təsərrüfatda əldə edilən uğurlardan danışıb. Ötən il rayonumuzun pambıq istehsalında respublika üzrə I yerdə olduğunu diqqətə çatdıran rayon rəhbəri cari ildə də müəyyən çətinliklərin, xüsusən suvarmada problemlərin olduğunu, amma bunun qarşısının alındığını, məhsulun yetişməsinə şərait yaradıldığını qeyd edib.

 Sonra söz qəbul iştirakçılarına verilib. Kənd sakinləri Məhyəddin Əhmədov, Dilafət Məmmədov, Ceyran Əhmədova və digərləri həm şəxsi, həm də kəndin ümumi problemlərini diqqətə çatdırıblar. Müracətlər əsasən kəndə təbii qazın çəkilməsi, içməli və suvarma artezianlarına, həmçinin işıqlanma transformatoruna ehtiyacın olması və digər məsələlərlə bağlı olub.

Müraciətləri dinləyən icra başçısı bildirib ki, kəndin qazlaşdırılması, içməli su və yol ilə bağlı problemlər diqqətdə saxlanan məsələlərdir və  bununla bağlı müvafiq işlər görülməkdədir. Görüşdə qaldırılan digər məsələlərlə bağlı isə aidiyyəti üzrə göstərişlər verilib.

Keçidlər