Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Şərəfxanlı kəndində keçirilmişdir

25 yanvar 2024 | 09:38

Ağcabədi Rayon  İcra Hakimiyyəti başçısının  mövcud qarfikə əsasən yerlərdə təşkil olunan növbəti  səyyar qəbulu Şərəfxanlı kənd tam orta məktəbində  keçirilib. 2024-cü ilin 3-cü səyyar qəbulunda hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin  media nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  hazırda Qarabağda görülən işlər haqqında ətraflı məlumat verib, əhalinin öz doğma torpaqlarına qaytarılması üçün həyata keçirilən tədbirlərdən danışıb.  Çıxışda həmçinin ordu quruculuğundan söz açılıb, qeyd olunub ki,  torpaqlarımız azad edilsə də,  müharibə bitmiş sayılsa da  düşmənin həmlələrinə hər zaman hazırlıqlı olmalıyıq.  

Rayon rəhbəri  ölkəmizdə  həyata keçirilən digər işlərdən, o cümlədən qeyri-neft sektorunun inkişafından da danışıb,  kənd təsərrüfatının inkişaf etdirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.

Sonra söz alan qəbul iştirakçıları – Gürşad Bayramov, Əli Məmmədov, Vaqif Süleymanov, Sabir Qasımov və digərləri mövcud problem və çətinliklərini diqqətə çatdırıblar. Müraciətlər içərisində pambığın əkilməsində, əkin sahələrinin suvarılmasında yaranan çətinliklər, şəhid adı daşıyan küçəyə asfalt örtuyun çəkilməsi və digər məsələlər yer alıb. Hər bir müracət diqqətlə dinlənilib, aidiyyəti nümayəndələrlə söhbətlər aparılıb, problemlərin həlli üçün müvafiq göstərişlər verilib. İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan məsələlərlə bağlı isə vətəndaşlara izahlar verilib,onlar  lazımi ünvanlara istiqamətləndiriliblər.

Keçidlər