Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Sarvanlar kəndində keçirilmişdir

13 iyun 2024 | 18:05
Sarvanlarda səyyar qəbul
Vətəndaşları narahat edən problemlərin yerlərdə birbaşa həll edilməsi məqsədilə Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən səyyar qəbullar davam etməkdədir. Bu görüşlərdən daha bir Sarvanlar kənd ümumi orta məktəbinin həyətində keçirilib. Qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, həmçinin digər idarə müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edib.
Sakinlərlə görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov son illər ölkəmizin əldə etdiyi nailiyyətlərdən söz açıb. O, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq-abadlıq işlərindən danışaraq, hal-hazırda əsas resursların Qarabağa yönləndirildiyini, lakin buna baxmayaraq, rayonumuzda da bu işlərin lazımi səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra kənd sakinləri İlham Musayev, Elməddin İsmayılov və digərləri çıxış ediblər. Müraciətlərdə əsasən kənddə istər içməli, istərsə də suvarma suyu ilə bağlı ciddi problemlərin olduğu, kəndin demək olar ki, yarısınının susuz qaldığı diqqətə çatdırılıb. Sakinlər içməli su və suvarma artezianlarından bir neçəsinin bərpa edilməsini xahiş ediblər. Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi bildirib ki, çox qısa zamanda içməli su artezianı bərpa olunacaq. Bir suvarma artezianının bərpası isə 2025-ci il üçün planlaşdırılıb.
Bununla yanaşı, qəzalı vəziyyətdə olan 5 elektrik dirəyinin yenilənməsi, yeni məktəb binasının tikilməsi, özünüməşğulluq və digər məsələlərlə bağlı müraciətlər dinlənilib. Elektrik dirəklərinin qısa zamanda dəyişdiriləcəyi bildirilib. Digər məsələlərlə bağlı lazımi göstərişlər verilib, bəzi problemlərin həllində isə vətəndaşlara müəyyən istiqamətləndirici tövsiyələr edilib.
Keçidlər