Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Sarvanlar kəndində keçirilib

17 may 2023 | 19:36

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2023-cü il üçün növbəti -19-cu səyyar qəbulunu Sarvanlar kəndində keçirib.

Sarvanlar kənd tam orta məktəbində təşkil olunan qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, aidiyyəti idarə, təşkilat və müəsissələrin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Çıxış edən icra başçısı sakinlərin qəbulu və müraciətlərinə operativ baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından söz açıb, qaldırılan problemlərin görüşlərdən sonra həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Çıxışında regionların sosial-iqtisadi inkişafı və bu inkişafın Ağcabədiyə də müsbət təsiri qeyd olunub. Rayon rəhbəri eyni zamanda kənd ərazisində əkin sahələrinin və baramanın vəziyyəti, göstərilən aqrotexniki qulluqla da maraqlanıb.

Sonra sakinlərdən bir qrupu həm şəxsi, həm də ümumi problem və çətinliklərini səsləndiriblər. Kənd sakini Rafiq Zeynalov, Sənəm Həsənova, Elvin Məhərrəmov, Ozal Cəfərov  suvarma suyunun qıtlığı, əkinlə məşğul olmaq üçün bələdiyyə torpaqlarından icarəyə götürülməsi və bu kimi digər çətinliklərini bildirblər.

Onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb. Həlli mümkün məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər