Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Qaravəlli kəndində keçirilmişdir

04 may 2024 | 10:49
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları-görüşləri həyata keçirilir.
Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun sakinlərlə növbəti səyyari qəbul-görüşü 3 may 2024-cü il tarixdə rayonun Qaravəlli kəndində keçirilib. Səyyari qəbulda-görüşdə RİHB-nın müavinləri, şöbə müdirləri, RİHB aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, habelə kənd ziyalıları, ağsaqqallar, şəhid ailələri, qazilər, fermerlər və kənd sakinləri iştirak edib.
Kənd sakinləri ilə keçirdiyi səyyar qəbul-görüşdə əhalini salamlayan icra başçısı bildirdi ki, yerlərdə əhali ilə səyyar qəbulların-görüşlərin keçirilməsi ümumi işimizə böyük fayda verir. Hər görüşdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtarılır və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı sakinlərin suallarına ətraflı cavablar verib.
Çıxış edən kənd sakinləri: Quliyev İsrafil Şükür oğlu, Gülmalıyev Kazım Tapdıq oğlu kənd ərazisində olan dren kollektor şəbəkəsinin təmizlənməsini, İsmayılov Nail Abbas oğlu həyətindən primitiv qaydada keçən, dayaqsız elektrik xəttinin təhlükəli olduğunu və tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıq verilməsini, Bayramov Fəyyaz Ətiş oğlu kənd ərazisinə xidmət edən və ədalətsiz olaraq işdən kənarlaşdırılmış Sudan İstifadəedənlər Birliyinin icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən, su işçisinin işinə bərpa olunmasına, Əzizov Mirzə Səmid oğlu, Bayramov Müşviq Ətiş oğlu pay torpaq sahələrinin suvarılmasında çətinliklərin olduğunu bildirərək baş su arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Kənd sakinlərini dinləyən rayon icra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini verib.
Keçidlər