Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Poladlı kəndində keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Növbəti qəbul Poladlı kəndində keçirilib. Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Görüşdə öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib, kəndin ümumi problemlərinin aradan qaldırılması üçün görülə biləcək işlərdən söz açıb, sonra sözü qəbul iştirakçılarına verib.
Kənd sakini Əli Əliyev, İlhamə Əliyeva, Şəfəq Rəhimova, Rafiq Əliyev və digərləri onları narahat edən məsələlərlə bağlı çətinliklərini diqqətə çatdırıblar.
Kənd kitabxanasının həyətində hasarın olmaması səbəbindən ərazinin təmizliyinin qorunub saxlanmasının çətin olduğunu bildirən kitabxana müdiri Şəfəq Rəhimova kitabxana həyətinin hasara alınmasında köməklik göstərilməsini xahiş edib.
Vətəndaş İlhamə Əliyeva isə oğlunun hərbi xidmət zamanı yaralandığını bildirərək onun əlilliyinin təmin edilməsində müəyyən çətinliklər yaşadığını söyləyib. Bununla bağlı istiqamətləndirici kömək istəyib.
Görüşdə həmçinin özünəməşğulluq, içməli su və digər məsələlərlə bağlı sakinlərin müraciətləri dinlənilib, onların lazımi ünvanlara müraciət etməsinə köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilib.
Qeyd edək ki, Poladlı kəndi rayon mərkəzindən 28 km məsafədə yerləşir. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.