Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Poladlı kəndində keçirilib

04 oktyabr 2023 | 21:29

Ağcabədi Rayon  İcra Hakimiyyəti başçısının  mövcud qarfikə əsasən yerlərdə təşkil olunan səyyar qəbulu bu dəfə Poladlı kəndində keçirilib. Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin  media nümayəndələri iştirak ediblər.

Görüşdə öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, kəndin ümumi problemlərinə diqqət çəkərək bildirib ki, ötən il keçirilən səyyar qəbulda  qaldırılan ən vacib məsələlərdən biri yeni məktəb binasının tikilməsi idi ki, bu problem artıq öz həllini tapıb. Hazırda səyyar qəbulun keçirildiyi yeni məktəb binası müasir standartlara uyğun binadır. O, Poladlı sakinlərinin hər zaman təhsilə maraqlı olduğunu bildirib və onlara uğurlar arzulayıb.

Sonra qəbul iştirakçılarının müracətləri, fikir və təklifləri dinlənilib. Kənd sakini Əli Əliyev son illər kənddə görülən işlərdən danışıb, bunun üçün ölkə rəhbərliyinə, icra başçısına öz minnətdarlığını bildirib. Digər kənd sakini Sahib Əliyev ölkəmizin son illər qazandığı uğurlardan, ordumuzun nailiyətlərindən söz açıb, bunu gözü götürməyən müəyyən qüvvələrin uğurlarımıza müdaxilə etmək cəhdlərindən bir vətəndaş kimi narahatlığını bildirib. O, rəhbər şəxslərin əhali ilə keçirilən görüşlərinin, söhbətlərinin belə müdaxilələrə nəzarət edilməsində də əhəmiyyətli olduğunu vurğulayıb, bu kimi görüşlərin sayının daha çox olmasını arzu edib.

Müraciətlər içərisində məhz kənddə yeni tikilmiş məktəbdə işlə təmin olunmaq istəkləri də üstünlük təşkil edib. Onlara izah olunub ki, yeni məktəb binası yeni iş yeri demək deyil və burada işə qəbul mövcud qaydalara uyğun aparılır.

Görüşdə həmçinin kənd sakini Yasin Sadıqov, Sədrəddin Sadıqov, Üzeyir Səfərov və digərlərinin müraciətləri dinlənilib, məşğulluqla, əlilliyin təyin edilməməsi və digər məsələlərlə bağlı onların qarşılaşdıqları çətinliklər müzakirə olunub, müəyyən anlaşılmazlıqlarla bağlı lazımi ünvanlara müraciətlər edilməsinə köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilib.

Qeyd edək ki, Poladlı kəndi rayon mərkəzindən 28 km məsafədə yerləşir. Kəndin ərazisi 1121 ha, əhalinin sayı 1671 nəfərdir. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Kənddə 1 tam orta məktəb, Kənd Həkim Ambulatoriyası, klub və kitabxana filialı  fəaliyyət göstərir. Cari ilin 15 sentyabrında  Heydər Əliyev Fondu tərəfindən  Poladlı kənd tam orta məktəbi üçün inşa edilmiş yeni,  300 şagird yerlik məktəb binası istifadəyə verilib.

Keçidlər