Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Pərioğullar kəndində keçirilmişdir

21 iyun 2024 | 16:45

İcra başçıları  tərəfindən yerlərdə  səyyar qəbulların keçirilməsi nəticəsində yaranan  əhalinin məmnunluq səviyyəsi dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi  baxımından xüsusi əhəmiyyət daşıyır. Ağcabədi rayonunda da  mütəmadi şəkildə keçirilən səyyar qəbullar, bu görüşlərdə qaldırılan məsələlərin bir çoxunun öz həllini tapması, nəzarətə götürülməsi məhz xalqa qulluğun, vətəndaş-dövlət qulluqçusu münasibətlərinin inkişaf etdirilməsinin göstəricisidir.

   Belə səyyar görüşlərdən daha biri  iyunun 20-də  rayonun Pərioğullar  kəndində keçirilib. Açıq havada keçirilən qəbulda həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilatarın rəhbərləri, media nümayəndələri iştirak ediblər.

     Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil  Hüseynov bu gün  Qarabağda görülən işlər haqqında danışıb.  O, azad edilmiş ərazilərdə quruculuq, bərpa işləri aparıldıqca  sakinlərin öz doğma yurdlarına qayıtmasının hər birimiz üçün sevindirici hal olduğunu xüsusi vurğulayıb. Çıxışda həmçinin ordu quruculuğundan söz açılıb, qeyd olunub ki, hazırda sakitlik olsa da, düşmənin həmlələrinə hər zaman hazırlıq görülməlidir. Bir sözlə, sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq. 

   Rayon rəhbəri  ölkəmizdə  həyata keçirilən digər işlərdən, o cümlədən qeyri-neft sektorunun inkişafından da danışıb,  kənd təsərrüfatının, xüsusən pambıqçılığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.

    Sonra kənd sakinlərinə söz verilib. Suvarma suyunun verilməsi, təsərrüfatlararası yolların təmir edilməsi, bir ədəd kombayna ehtiyac olması və digər məsələlərlə bağlı çətinliklər dinlənilib, cavabdeh şəxslərin münasibətləri öyrənilib və hər bir məsələ ilə bağlı lazımi tapşırıqlar verilib. Həmçinin vətəndaşların öz üzərinə düşən vəzifələrlə də bağlı müəyyən  tövsiyələr edilib.

Keçidlər