Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Mehrablı kəndində keçirilmişdir

24 may 2024 | 10:58
Növbəti səyyar qəbul Mehrablı kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Mehrablı kəndində sakinlərlə növbəti səyyar görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, həmçinin aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, fermerlər və kənd sakinləri iştirak edib.
Səyyar qəbulda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda həyata keçirilən ifrastruktur layihələrindən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Rayon rəhbəri bunlarla yanaşı rayonun kənd və qəsəbələrində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin, xüsüsən işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bundan sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, suallar ətraflı cavablandırılıb.
Kənd sakinlərindən Vaqif Əliyev müraciətində kənd ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçası, həkim tibb məntəqəsi üçün yeni binasının tikintisinə, kənddaxili avtomobil yolunun təmirinə, habelə özünün pay torpaq sahəsindən keçən 10 kv-luq elektrik xəttinin bərbad vəziyyətdə olduğunu və hər an təhlükə yaratdığını bildirərək yararsız vəziyyətdə olan 8 ədəd elektrik dayağının və xətlərinin yerinin dəyişdirilməsinə, Rəhman Məmmədov isə kənddə içməli su probleminin olduğunu bildirərək 1 ədəd yeni içməli su artezianın vurulmasına köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda qaldırılan məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Keçidlər