Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Kürdlər kəndində keçirilib

29 sentyabr 2023 | 11:44

Sentyabrın 28-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Kürdlər kəndinin sakinləri ilə səyyar qəbulu keçirilib.

Görüş zamanı çıxış edən rayon rəhbəri qeyd edib ki, ötən həftə məhz separatçılara qarşı keçirilən antiterror əməliyyatları başladığı üçün Kürdlər kəndində keçiriləcək səyyar qəbul təxirə salınmışdı. Amma yerlərdə qəbulların keçirilməsi, vətəndaşların problemlərinin vaxtında öyrənilərək aradan qaldırılması da ən vacib məsələlərdəndir. Odur ki, bu gün digər işlərlə yanaşı Kürdlər kəndində də səyyar qəbul keçirilir.

Rayon rəhbərindən sonra kənd sakini Aslan Hacıyev çıxış edib, yerlərdə qəbulların keçirilməsinin əhəmiyyətindən danışıb, buna görə öz minnətdarlığını bildirib.

Həmçinin kənd sakinləri Rəşad Məmmədov, Rasim Kərimov, Milal Abışov müəyyən problemləri səsləndirib, Kürdlər kənd tam orta məktəbinin həyətindəki şəhid abidəsinin təmir olunması, içməli su artezianının bərpası və digər məsələlərlə bağlı köməklik olunmasını xahiş ediblər.

Müraciətlər dinlənilərək aidiyyəti üzrə yönləndirilib.

Son zamanlar keçirilən səyyar qəbullarda sakinlərin problemlərlə yanaşı məhz minnətdarlıq üçün söz almaları da çox müşahidə olunur ki, bu da mütəmadi keçirilən səyyar qəbulların, bu qəbullarda qaldırılan məsələlərə diqqətlə yanaşılmasının, problemlərin vaxtında həll olunmasının vətəndaş məmnunluğuna şərait yaratdığını aydın göstərir.

Keçidlər