Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Köyük kəndində keçirilib

25 oktyabr 2023 | 18:58

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Oktyabrın 25-də keçirilən növbəti qəbulun ünvanı isə rayonun Köyük kəndi olub. Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələrinin iştirakı ilə keçirilən görüş Köyük kənd tam orta məktəbinin akt zalında baş tutub.

Çıxış edən icra başçısı qarşıdan gələn 8 Noyabr- Zəfər Günündən söz açıb, görülən işlərdən danışıb. O, həmçinin bildirib ki, bu zəfərin qazanılmasında ön cəbhə ilə yanaşı arxa cəbhədə çalışanların da böyük rolu olub. Həmin dövrdə xalqın yumruq kimi bir olması qələbəyə gedən yolu asanlaşdırdı. O dövrdə istər atəşə məruz qalan kəndlərdən, istər qonşu rayonlardan öz evini tərk etməyə məcbur qalan insanlara qucaq açan ağcabədililər bununla öz vətənpərliklərini bir daha sübut etdilər. Həmin dövrdə elə ailələr var idi ki,  30-32 nəfəri evinə qəbul etmişdi. Çünki hamının bircə arzusu var idi ki, işğal altında olan torpaqlarımız azad olunsun. Ali Baş Komandanımızın rəhbərliyi, ordumuzun gücu, şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına əldə edilən qələbəmizin əbədi olmasını arzu edən icra başçısı bundan sonra da bu birliyin qorunmasının vacibliyini qeyd edib, hazırda Azərbaycanın öz gücü hesabına  Qarabağda gedən quruculuq, abadlıq işlərindən söz açıb.

Sonra söz qəbul iştirakçılarına verilib.  Kənd sakini Savalan Hacıyev oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağı dalğalanarkən  hər bir azərbaycanlı kimi böyük qürur hissi keçirdiyini bildirərək xalqımıza bu hissləri  yaşadanlara can sağlığı, şəhidlərimizə rəhmət diləyib. O, Köyük kəndində ciddi problemlər olmadığını qeyd edərək bütün bu diqqət və qayğının məhz ölkə Prezidentinin idarəçiliyi altında həyata keçirildiyini xüsusilə vurğulayıb və kənd sakinləri adından dövlət başçısına və rayon rəhbərinə öz minnətdarlığını bildirib. Həmçinin Köyük kəndinin adının bir çox hallarda “Göyük” kimi yazıldığını qeyd edən S.Hacıyev bununla bağlı sakinlərin narahatlığını dilə gətirib,  toponimlərimizin adının yanlış qeyd edilməsinin tariximizə də ciddi zərbə vurduğunu və  bu məsələyə ciddi yanaşılmasını xahiş edib.

Rayon rəhbəri sözügedən mövzunun vacib məsələ olduğunu bildirərək bununla bağlı tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.

Sonra qəbul iştirakçıları Əliku Musayev, Səfurə Məmmədova,  Saday Qarayev, Nuru Bağırov və digərləri mövcud problem və çətinliklərini diqqətə çatdırıblar. Müraciətlərin əksəriyyəti artezian quyusunun qazılması və ya bərpası, kənd orta məktəbinin qazlaşdırılması ilə bağlı olub. Qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələri ilə fikir mübadiləsi aparılıb, lazımi göstərişlər verilib.

Keçidlər