Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Kəhrizli kəndində keçirilib
Qəbul zamanı Rafil Hüseynov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və Ağcabədi rayonunda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.
İcra Başçısı bildirdi ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır.
Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra, rayon rəhbəri Qarabağın yenidən qurulması üçün görülən işlərdən və ordumuzun maddi-texniki bazasının yenidən möhkəmləndirilməsindən söz açdı.
Əlavə olaraq onu da qeyd etdi ki, Ağdam -Xankəndi yolunun açılması Azərbaycanın daha bir qələbəsidir.
Sonra kənd sakinləri- Ədalət Qəhrəmanov, Yaqub Qənbərov, Aygün Balakişiyeva və başqalarının təklifləri, istəkləri dinlənildi .
Qaldırılan həlli mümkün məsələlərin baxılması üçün rayon rəhbəri tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verildi.
Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə həvalə edildi.
Səyyar qəbulda iştirak edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.