Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Hüsülü kəndində keçirilib

05 may 2023 | 16:29

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb  və qaldırılan məsələlərin dəqiq araşdırılıb həllinə nail olunması ilə bağlı dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və vəzifələr  Ağcabədi Rayon İcra Hakimiyyətinin  gündəlik  fəaliyyətinin əsasını təşkil edir.

Bununla əlaqədar  rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov  vətəndaş qəbulu qrafikinə uyğun olaraq növbəti səyyar görüşü  rayonun Hüsülü kəndində keçirib.

I Qarabağ müharibəsi şəhidi Cavad Həsənovun adını daşıyan məktəbin həyətində təşkil olunan  səyyar qəbulda hüquq-mühafizə orqanlarının və xidməti təşkilatların rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri,eləcə də yerli media nümayəndələri  iştirak ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov çıxışında qeyd edib ki, rayonun yaşayış məntəqələrində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görülür.

Vətən müharibəsində əldə olunan qələbə, işğaldan azad olunmuş ərazilərdə, həmçinin rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, eləcə də  qarşıda duran vəzifələr haqqında məlumat verən rayon rəhbəri   bunlarla yanaşı rayonun kənd və qəsəbələrində, o cümlədən Hüsülü kəndində  sakinlərin mövcud problemlərinin daim diqqət mərkəzində saxlanıldığını  və həlli istiqamətində müvafiq addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı icra başçısı  çıxışında hazırda kənd təsərrüfatı sahəsinə, xüsusən pambıq məhsullarının istehsalına önəm verildiyini və  bu sahənin daha gəlirli olduğunu  bildirib.

Həmçinin rayon rəhbəri  kənd ərazisində vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərə, bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunması məsələlərinə toxunub və belə halların yolverilməzliyini qeyd edərək,  bununla bağlı aidiyyəti üzrə öz tapşırıqlarını verib.

Sonra səyyari  görüşdə söz alıb müraciət edən kənd sakinlərinin qaldırdıqları məsələlər və problemlər rayon rəhbəri tərəfindən xüsusi həssaslıqla  dinlənilib,  ünvanlanan suallara ətraflı cavablar verilib.

Kənd sakini Vasif Mirzəyev müraciətində  20 hektar  torpaq sahəsində pambıq əkdiyini, suvarmada çətinliklərin olduğunu və həmin ərazidə olan 1 ədəd batmış subartezian quyusunun bərpa olunması,  kənd sakini, Vətən müharibəsi iştirakçısı Xəyal Nəzərov  ona bələdiyyədən əkinaltı torpaq sahəsinin verilməsi,  kənd sakini Bəşir Sadıqov  pay torpaq sahəsi daxil olmaqla ərazidə olan 35 hektar əkinaltı torpaq sahəsini suvarma  suyu ilə təmin edən, batmış 1 ədəd subartezian quyusunun bərpa olunması, məktəb direktoru  Baxış Baxışov isə C.Həsənov adına Hüsülü  kənd tam orta məktəbinin əsaslı təmirinə  köməklik göstərilməsi  barədə  xahiş ediblər.

Vətəndaş qəbulunda  qaldırılan məsələlərlə əlaqədar  aidiyyəti üzrə cavabdeh olan qurumlara, idarə və təşkilatlara lazımi  göstərişlər və tapşırıqlar verib.

Keçidlər