Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Hindarx qəsəbəsində keçirilmişdir

28 dekabr 2023 | 19:10

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov vətəndaşların təklif, müraciət və mövcud problemlərini öyrənib, həlli istiqamətində müvafiq addımların atılmasını sürətləndirmək üçün ilin son səyyar qəbulunu Hindarx qəsəbəsində keçirib.

Dekabrın 27-də Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbdə təşkil olunan qəbulda əvvəlcə rayon rəhbərliyi tərəfindən I Qarabağ müharibəsi şəhidi  Xanoğlan Həsənovun məktəbin həyətindəki büstü ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.

Hüquq- mühafizə orqanlarının, aparatın məsul əməkdaşlarının, aidiyyəti idarə və təşkilatların nümayəndələri və qəsəbə sakinlərinin  iştirak etdiyi səyyar görüşdə bir sıra məsələlər müzakirə olunub.

Çıxış edən rayon rəhbəri ölkə başçısının rəhbərliyi və diqqəti ilə həyata keçirilən tədbirlərin əsas məqsədinin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməsindən danışıb. İcra başçısı regionların sosial-iqtisadi inkişafından söz açarkən rayonumuzun da bu inkişafdan geri qalmadğını diqqətə çatdırıb. Bildirilib ki, bu qəbul 2023-cü ildə Hindarx qəsəbəsində keçirilən ikinci  səyyar qəbuldur. Həmçinin, əvvəlki qəbul zamanı qaldırılan məslələrin həlli ilə bağlı  müvafiq addımlar atılıb. Çıxışda qəsəbədə yeni tam orta məktəbin və körpələr evi- uşaq bağçasının tikilməsinin vacibliyi də qeyd edilib.

Sonra söz alan qəbul iştirakçıları şəxsi və ümumi problemlərini səsləndiriblər. Sakinlər şəhidin adını daşıyan məktəbdə onun guşəsinin olmamasından, büstünün yenidən təmirə ehtiyacı olduğundan söz açıb, eyni zamanda məşğulluq mərkəzinə iş və heyvandarlıqla bağlı müraciətlərini, taxıl sahələrinin suvarılmasında yaranan çətinlikləri, səkilərə basdırılan elektrik dirəklərinin hərəkəti məhdudlaşdırması ilə bağlı çətinliklərini ifadə ediblər.

Səsləndirilən məsələlərlə bağlı aidiyyəti struktur nümayəndələri vətəndaşlara izahlar verib, araşdırma tələb edən müraciətlər isə qeydə alınıb.

Qeyd eək ki, cari ildə ümumilikdə rayon rəhbərliyi tərəfindən 45 səyyar qəbul keçirilib.

Keçidlər