Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Hacıbədəlli kəndində keçirilmişdir

28 mart 2024 | 12:58
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları mövcud qrafik əsasında davam etməkdədir.
Beləliklə, növbəti səyyar qəbul Hacıbədəlli kənd Folklor evində keçirilib. Qəbulda hüquq- mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Öncə icra başçısı Rafil Hüseynov açılış nitqi ilə çıxış edib. Sonra qəbul iştirakçılarının problem və çətinliklərini öyrənmək məqsədilə sözü onlara verib. Kənd sakinləri Ağamirzə Yusifov, Səxavət Abışov və digərləri çıxış edərək qəzalı elektrik xətlərindən, kənd ərazisindəki şor kanalın təmizlənməsinə ehtiyac olduğundan və digər problemlərdən söz açıblar. Qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələri danışıb. Onlara müəyyən zaman ərzində problemlərin aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.
Keçidlər