Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Avşar kəndində keçirilmişdir

07 dekabr 2023 | 15:30

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının  2023-cü ilin dekabr ayı üçün ilk səyyar qəbulu Avşar kəndində, 1 saylı tam orta məktəbin binasında keçirilib.  Qəbulda hüquq- mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.

İcra başçısı Rafil Hüseynov qəbul iştirakçılarının problem və çətinliklərini öyrənmək məqsədilə ilk olaraq sözü onlara verib. Kənd sakinləri Adil Əsədov, Ədalət Hüseynov və digərləri çıxış edərək yerlərdə keçirilən görüşlərin mövcud problemlərin öyrənilməsi və həlli istiqamətində böyük əhəmiyyəti olduğunu vurğulayıb, həmçinin bir sıra çətinliklərlə bağlı fikir və təkliflərini bildiriblər. Qeyd  edilib ki, kəndin yol, qaz və işıq problemləri öz həllini tapıb. Lakin su problemi hələ də qalmaqdadır. Kəndin müəyyən hissəsində pay torpaqlarının suvarılmasında çox böyük çətinliklər var. 

 Su ilə bağlı problemlər dinlənilib və bildirilib ki, növbəti ildə kənddə 2 ədəd subartezian quyusunin vurulması, həmçinin 1,5 km uzunluğunda  su boru xəttinin yenilənməsi nəzərdə tutulub ki, bu da problemin həllinə xeyli kömək edəcəkdir.

Qəbul zamanı həmçinin suvarmada növbəliliyin pozulması halları ilə bağlı şikayətlər də diqqətə çatdırılıb və vətəndaşlar dinlənildikdən sonra məsələnin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.

Təkliflər içərisində kənddə körpələr – evi uşaq bağçasının açılmasına ehtiyac olduğu və bunu həyata keçirmək üçün  kəndin imkanlı şəxslərinin köməyindən istifadə edilməsinin mümkünlüyü də yer alıb.  İcra başçısı bildirib ki, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan bağçanın açılışına nail olmaq üçün imkanlı şəxslər özləri  təşəbbüs göstərməli, sosial öhdəlik götürməlidirlər.

Görüşdə vətəndaşların müraciəti əsasında  digər  məsələlər də müzakirə olunub, çətinliklərin aradan qaldırılması üçün müvafiq  göstərişlər verilib.

Yekunda icra başçısı R.Hüseynov çıxış edib. Qarabağda görülən işlərdən, bu işlər üçün ayrılan vəsaitin böyüklüyündən danışan rayon rəhbəri bəzi ümumi çətinliklərin müvəqqəti xarakter daşıdığını, bu günlərdə birlik göstərməli olduğumuzu diqqətə çatdırıb. O, həmçinin Avşar kəndindəki vəziyyətdən də söz açaraq bildirib ki, əvvəlki illərə nisbətən indi burada problemlər daha azdır. Bu çətinliklərin azalmasında sakinlərin  birliyi, həmrəyliyi də böyük rol oynayır.

Keçidlər