Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Ağabəyli kəndində keçirilmişdir

29 mart 2024 | 19:49

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi davam edir, vətəndaşların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

  Rayon rəhbərinin növbəti səyyar görüşü Ağabəyli kəndində keçirilib.

Ağabəyli kənd ümumi orta məktəbində təşkil edilən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.

   Əvvəlcə Birinci Qarabağ müharibəsi şəhidləri Tahir Mehdiyev və Füzuli Quliyevin məktəbin həyətindəki xatirə lövhəsi ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.

   Səyyar qəbulda  çıxış edən icra başçısı Rafil Hüseynov Ağabəyli kənd sakinlərini keçmiş Novruz bayramı münasibətilə təbrik edib, onlara bərəkətli il arzulayıb.

   Ardınca söz qəbul iştirakçılarına verilib, onların çətinlik və problemləri dinlənilib. Kənd sakini Zülfü Quliyev, Mübariz Quliyev və başqaları yol problemi, işlə təmin olunma, bəzi tullantıların su kanalına axıdılması, eləcə də, sahibsiz küçə itləri ilə bağlı öz çətinliklərini  səsləndiriblər.

   Qaldırılan məslələrlə bağlı vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Keçidlər