Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şənlik kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

22 iyun 2026 | 18:24

Qəbul zamanı çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov kənd təsərrüfatı sahəsində mövcud vəziyyətə toxunaraq rayonda taxıl biçininin gedişi barədə məlumat verib. Bildirib ki, hazırda taxıl biçini ilə bağlı müəyyən çətinliklər mövcuddur və əraziyə əlavə kombaynlar cəlb olunmasına baxmayaraq, texnika çatışmazlığı hələ də müşahidə edilir. Qeyd olunub ki, bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir və taxıl biçininin növbəlilik prinsipi əsasında həyata keçirilməsi təmin olunacaq.

R.Hüseynov, həmçinin pambıq əkinlərində suvarma işlərinin düzgün və səmərəli təşkili ilə bağlı fermerlərə müvafiq tövsiyələrini verib.

Daha sonra kənd sakinləri çıxış edərək onları narahat edən məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar. Müraciətlər əsasən kombayn çatışmazlığı səbəbindən buğda biçininin gecikməsi, kənd tam orta məktəbinin qarşısında nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi nəticəsində yaranan təhlükəli vəziyyət, elektrik enerjisinin verilişində müşahidə olunan fasilələr və digər məsələlərlə bağlı olub.

İcra başçısı qaldırılan hər bir müraciəti diqqətlə dinləyərək aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bildirilib ki, hazırda ərazidə ilk növbədə arpa biçininin başa çatdırılması istiqamətində işlər aparılır və bundan sonra buğda biçininə başlanılacaq.

Məktəbin qarşısında yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələsinə toxunan rayon rəhbəri qeyd edib ki, həmin ərazidə nəqliyyat vasitələrinin sürətinin azaldılması məqsədilə iki nöqtədə süni maneələrin (tramplinlərin) quraşdırılması imkanları araşdırılacaq. Eyni zamanda, Ağcabədi Rayon Polis Şöbəsinin rəisindən həmin ərazidə yol hərəkəti təhlükəsizliyinə nəzarətin gücləndirilməsi xahiş olunub.

Qəbul zamanı kənddə elektrik enerjisinin verilişində yaranan fasilələr və digər məsələlər də müzakirə edilib, qaldırılan problemlərin araşdırılması və qısa müddətdə həlli məqsədilə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.

Keçidlər