Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şənlik kəndində səyyar qəbul-görüşü keçirilmişdir

12 sentyabr 2024 | 15:50

Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynovun sakinlərlə növbəti səyyar qəbulu sentyabırn 11-də rayonun Şənlik kəndində keçirilib. Qəbulda  RİHB-nın müavinləri, RİHB aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının və  xidmət təşkilatlarının rəhbərləri, habelə kənd ziyalıları, ağsaqqallar iştirak edib.

          Çıxış edən rayon İcra Hakimiyyətinin  başçısı bildirib ki, hər görüşdə səyyar qəbulda qaldırılan problemlər təhlil edilərək həlli yolları axtarılır və  aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

        Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı kənd sakinlərinin suallarını cavablandırıb.

        Kənd sakinlərindən Qəşəng Həşimova müraciətində şəhid Elxan Məmmədov adına kənd tam orta məktəb binasının istismara yararsız vəziyyətdə olduğunu bildirərək yeni məktəb binasının tikintisinə, Tamella Vəliyeva Vətən müharibəsi iştirakçısı olan yaxın qohumunun kənd tam orta məktəbində texniki işçi işlədiyini  və işdən çıxarıldığını  bildirərək onun işlə təmin olunmasına və özünün uzun müddət məktəbdə texniki işçi kimi işlədiyini qeyd edərək  pensiyaya çıxan zaman ona son hesablaşmanın düzgün hesablanaraq verilməsinə, şəhid atası Qəmbər Ağayev Şənlik bələdiyyəsinin sədri Möhübbət İsmayılovun fəaliyyət göstərmədiyini, onun qanunsuz hərəkətlərinin araşdırılmasını, Sadıq Kazımov kənddaxili yolun təmirinə, Zaur Xəlilov kənd ərazisində içməli suda  çətinliklərin olduğunu qeyd edərək   problemin həllinə, kəndin bələdiyyə sədri Möhübbət İsmayılov kənd ərazisində içməli suda yaranmış problemin aradan qaldırılması üçün mövcud 6 ədəd subartezian quyusuna  elektrik sayğacının quraşdırılmasına, Daşqın Cəfərov bələdiyyədən sahibkarlıq məsədi üçün aldığı torpaq sahəsində tikinti işləri aparmaq istədiyini, lakin  icazə verilmədiyini qeyd edərək tikinti işlərinin aparılmasına, Zaur Qurbanov  isə müraciətində maddi vəziyyətinin aşağı olduğunu bildirərək  2 övladının məktəbli forması və özünün işlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.

        Kənd sakinlərini dinləyən Ağcabədi rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov qaldırılan məsələlərin, mövcud problemlərin həlli ilə bağlı müvafiq qanunvericilik qaydalarını vətəndaşlara izah edib. Eyni zamanda həlli mümkün məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə, məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər